“LANDAU Lions”un amerikalı basketbolçusu: “Daha inamlı olmağımız lazımdır”

14 Sentyabr 2026 21:30
89
“LANDAU Lions”un amerikalı basketbolçusu: “Daha inamlı olmağımız lazımdır”

“LANDAU Lions”un amerikalı basketbolçusu De Ondre Cekson Latviyanın “VEF Riqa” klubu ilə matçdan sonra təəssüratlarını bölüşüb.

İdman.Biz-in məlumatına görə, Azərbaycan təmsilçisi FİBA Çempionlar Liqasının təsnifat mərhələsində rəqibinə 88:105 hesabı ilə məğlub olub.

“Oyun yaxşı keçdi. Bir-birimizdən razı qaldıq, lakin nəticə istədiyimiz kimi olmadı. Qısa müddət ərzində hər şeyi qaydaya salmalı, komandada inamı artırmalı və daha keyfiyyətli oyunlar keçirməliyik”, – deyə Cekson bildirib.

Basketbolçu vurğulayıb ki, komanda artıq qarşıdakı görüşlərə diqqət yönəltməlidir.

“İndi növbəti matçlara köklənməliyik”, – deyə o əlavə edib.

İdman.Biz