NTD basketbol klubu Hüseyn Məmmədovu transfer edib.
İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
18 yaşlı basketbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Hüseyn Məmmədov 2024/2025 mövsümündə NTD-nin şərəfini qoruyub. Basketbolçu son olaraq “Sabah” klubunun heyətində çıxış edib.
