Azərbaycan Basketbol Liqasında bu gün daha bir oyun keçiriləcək

7 Noyabr 2026 11:07
30
Azərbaycan Basketbol Liqasında bu gün daha bir oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının altıncı turunda bu gün daha bir matç keçiriləcək.

İdman.Biz xəbər verir ki, ikinci oyun günündə “Neftçi” və NTD kollektivləri üz-üzə gələcəklər.

Görüş Milli Gimnastika Arenasında, saat 15:00-da start götürəcək.

Qeyd edək ki, turun ilk qarşılaşmasında “Sabah” “Ordu” kollektivini 91:83 hesabı ilə məğlub edib. Tura noyabrın 8-də yekun vurulacaq.

İdman.Biz