Rimas Kurtinaytis: "Faciə baş verməyib"

Xəbərlər
6 May 2025 22:40
27
Rimas Kurtinaytis: "Faciə baş verməyib"

""Oyuna çox pis başladıq. Hətta xal fərqinin 20-yə kimi yüksəldiyi zaman da oldu".

İdman.biz xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis "Neftçi" ilə oyundan sonra mətbuat xidmətinə açıqlamasında deyib.

Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasında final seriyasının 3-cü oyunda qeydə alınan 76:79 hesablı məğlubiyyəti şərh edib: "Buna baxmayaraq faciə baş verməyib.Seriyada hesabda öndəyik. Final seriyasına layiq oyun oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. İki gündən bir oynadığımıza görə əlavə məşqlərə vaxtımız olmur. Futbolda olduğu kimi burada da vurmayana vurarlar prinsipi keçərlidir".

Qeyd edək ki, "Sabah" seriyanın ilk iki matçında qələbə qazanıb.

İdman.biz