“Gəncə”nin baş məşqçisi: “Vəziyyəti düzəltmək üçün əlimizdən gələni etməliyik”

Xəbərlər
9 Noyabr 2023 22:18
218
“Gəncə”nin baş məşqçisi: “Vəziyyəti düzəltmək üçün əlimizdən gələni etməliyik”

"Təbii ki, uduzduğumuz üçün üzgünük. Vaxta ehtiyacımız olduğunu demişdik. Bu uğursuzluqdan sonra toparlanmaq çətin olacaq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının NTD-INDIGO “Gəncə” oyunundan sonra qonaqların baş məqçisi Bədri Məriç deyib.

Türkiyəli mütəxəssis məğlubiyyətin (76:94) səbəblərindən danışıb. O, müdafiədə zəif oynadıqlarını gizlətməyib: “Müdafiədə zəif oynayırıq və bunun üzərində daha çox işləməliyik. Növbəti matçı Gəncədə oynayacağıq. İnşallah, doğma meydan və azarkeş amilindən yararlanıb uğurlu çıxış etməyə çalışacağıq. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni etməliyik. Oyuna yaxşı hazırlaşmalıyıq".

Qeyd edək ki, turun ilk görüşündə "Xəzri" səfərdə "Cəlilabad"a 89:79 hesabı ilə qalib gəlib. "Sərhədçi" - "Sumqayıt" matçı noyabrın 10-da, "Neftçi" - "Şəki" və "Xırdalan" - "Sabah" oyunları isə ertəsi gün keçiriləcək.

İdman.biz