“Sumqayıt” basketbol klubu ABŞ-li oyunçunu heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, klub 31 yaşlı Cordan Vatsonla mövsümün sonunadək müqavilə imzalayıb.
188 sm boya malik oyun qurucusu son olaraq Slovakiyanın “Slovan Bratislava” klubunda çıxış edib. O, buna qədər Litva, Serbiya, Latviya və Bosniya və Herseqovina liqalarında da çıxış edib.
Vatson ötən mövsüm “Slovan”da hər oyunda orta hesabla 16,2 xal, 4,4 məhsuldar ötürmə ilə yadda qalaraq komandasının finala yüksəlməsində böyük rol oynayıb.
