Litvanın baş məşqçisi: “Azərbaycan basketbolu inkişaf etdirmək üçün səy göstərir”

Xəbərlər
9 Noyabr 2023 14:43
149
Litvanın baş məşqçisi: “Azərbaycan basketbolu inkişaf etdirmək üçün səy göstərir”

“Azərbaycanda basketbol təzə-təzə inkişaf etməyə başlayır. Onlar bu işi yenidən qurmaq istəyirlər”.

İdman.biz xəbər verir ki, bunu Litvanın qadın basketbolçulardan ibarət milli komandasının baş məşqçisi Rimantas Qriqas 2025-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı oyundan öncə deyib.

Mütəxəssis yığmamızda hər bir işdən xəbərdar olduğunu bildirib. Onun sözlərinə görə, artıq bütün lazımı məlumatları əldə edib: “Heç kimə sirr deyil ki, Virginis Bulot Azərbaycana məsləhət verir və onlara yaxşı basketbol oynamağa kömək edir. Çünki onların hökuməti bunu həqiqətən istəyir. Azərbaycan bir qədər Türkiyəyə bənzəyir və öz ölkələrində basketbolu inkişaf etdirmək üçün səy göstərir. Milliləşdirmə sayəsində bir anda basketbolu qaldıra bilərsiniz, lakin ümumilikdə bütün sistem aşağıdan yuxarı işləməlidir”.

Qeyd edək ki, Litva Azərbaycan oyunu bu gün saat 21:30-da start götürəcək.

Emin Ağa

İdman.biz