Çempion yoxlama matçında güclü olub

22 Fevral 2025 22:49
247
Çempion yoxlama matçında güclü olub

Klublar basketbol üzrə Azərbaycan yığmasının DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsinin oyunu ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edirlər.

İdman.biz xəbər verir ki, bu gün "Sabah" və "Ordu" yoxlama matçında qüvvəsini sınayıb.

Qarşılaşma çempionun üstünlüyü ilə keçib. "Sabah" "Ordu"ya 94:77 hesabı ilə qalib gəlib.

İdman.biz