“Sabah”ın qrupunda “Nimburk” vahid lider olub

Xəbərlər
26 Oktyabr 2023 09:41
104
“Sabah”ın qrupunda “Nimburk” vahid lider olub

“Sabah”ın FİBA Avropa Kubokunun D qrupunda II tur başa çatıb.

İdman.biz xəbər verir ki, Çexiyanın “Nimburk” ilk oyunda səfərdə “Baxçaşəhər Kolleci”ni sonra evində Monteneqronun “Mornar”ını da məğlub edib.

Onlar 78:62 hesabı ilə qalib gəliblər. Bu qələbədən sonra “Nimburk” 4 xalla qrupda vahid liderə çevrilib. 2-ci yerdə olan “Baxçaşəhər Kolleci”nin 3 xalı var. Eyni xala malik “Mornar” 3-cüdür. 2 xalı olan “Sabah” son pillədə qərarlaşıb.

Qeyd edək ki, qrupun növbəti oyunları fevralın 1-də keçiriləcək. “Sabah” Çexiyada “Nimburk”un qonağı olacaq. “Mornar” isə “Baxçaşəhər Kolleci”ni qəbul edəcək.

Emin Ağa

İdman.biz