Azərbaycan Basketbol Liqasında (ABL) 2023/24 mövsümü öncəsi klublarımızın hazırlıqları davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında NTD-INDIGO və "Xəzri" klubları arasında yoldaşlıq görüşü keçirilib.
Oyun ötən mövsümün bürünc mükafatçısının məğlubiyyəti ilə başa çatıb. Debütant "Xəzri" rəqibinə 82:77 hesabı ilə qalib gəlib.
Qeyd edək yeni mövsümün açılış oyunu oktyabr 22-də, saat 19:30-da "Sərhədçi" və "Cəlilabad" klubları arasında keçiriləcək.
İdman.biz