Azərbaycanın U-20 qızlardan ibarət basketbol millisi FIBA U-20 Qadınlar arasında Avropa çempionatında iştirak etmək üçün Bolqarıstanın Samokov şəhərinə yollanıb.
İdman.Biz xəbər verir ki, yığmamız tarixində ilk dəfə bu yaş qrupu üzrə qitə birinciliyində mübarizə aparacaq.
İyulun 4-dən 12-dək keçiriləcək çempionatda Azərbaycan basketbolçuları Avropanın müxtəlif ölkələrindən olan rəqiblərlə qarşılaşacaq.
