“Los-Anceles Leykers” komandası dördqat NBA çempionu Lebron Ceymsin karyerasını bitirdiyini rəsmi olaraq təsdiqləyib.
İdman.Biz bildirir ki, klubun keçmiş sahibi Cini Bass bu barədə açıqlamanı “Leykers”in rəsmi sosial media kanallarında yayımlayıb.
“Lebron Ceyms tarixin ən böyük idmançılarından biridir. Biz onun “Los-Anceles Leykers” komandasında keçirdiyi səkkiz illik karyerasına, o cümlədən inanılmaz dərəcədə çətin şəraitdə bizi qazandırdığı 2020-ci il çempionluğuna və “Leykers” formasında vurduğu saysız-hesabsız rekordlara görə əbədi olaraq minnətdar olacağıq.
Ona həm meydanda, həm də meydandan kənarda gələcəkdə uğurlar arzulayırıq. O, əbədi olaraq “Leykers” ailəsinin vacib bir hissəsi olacaq”, - deyə “Leykers”in mətbuat xidmətindən bildirilib.
