“Sabah” son ev sınağında uduzub

30 Oktyabr 2024 21:36
592
“Sabah” son ev sınağında uduzub

Kişi basketbolçulardan ibarət “Sabah” klubu bu gün növbəti avrokubok matçına çıxıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu FİBA Avropa kubokunda IV turun oyununu keçirib.

Rimas Kurtinaytisin yetirmələri II dövrəyə evdə başlayacaq. Bakı klubu Belçika “Spirou”sunu qəbul edib.

Bu, komandamızın G qrupunda son ev sınağı olub. İlk üç turda uduzan “Sabah” növbəti dəfə uğursuzluğa düçar olub. Fasiləyə üstün yollanan Azərbaycan çempionu 3-cü periodda üstünlüyü əldən verib.

Qeyd edək ki, turun digər oyununda “Nörçöppinq” “Marussi”ni qəbul edəcək.

FİBA Avropa kuboku
G qrupu, IV tur
30 oktyabr
19:00. “Sabah” – “Spirou” (Belçika) - 68:78 (24:22, 17:16, 14:18, 13:22)
Hakimlər:
Zdenko Tomasoviç (Slovakiya), Tolqa Edis (Türkiyə), Viktor Naqi (Macarıstan)
Bakı İdman Sarayı

1

Spirou

4

4

0

336-303

8

2

Marussi

3

2

1

250-229

5

3

Nörçöppinq

3

1

2

239-266

4

4

Sabah

4

0

4

289-316

4

İdman.biz

Məqalədə: