NTD-İNDIGO bu dəfə qələbə qazanıb

Xəbərlər
4 Oktyabr 2023 18:52
131
NTD-İNDIGO bu dəfə qələbə qazanıb

NTD-İNDIGO basketbol klubu növbəti mövsümə hazırlığını davam etdirir.

İdman.biz saytı xəbət verir ki, komanda bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.

Çempionatın debütantı “Sumqayıt”la qarşılaşan paytaxt təmsilçisi inamlı qələbə qazanıb. Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən qarşılaşma NTD-İNDIGO klubunun 80-60 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, NTD-İNDIGO 4 gün əvvəl “Neftçi” ilə oyunda 90:98 hesabı ilə uduzub.

İdman.biz