18 yaşadək basketbolçu oğlanlardan ibarət millimiz Türkiyənin İstanbul şəhərində Avropa çempionatının C divizionuna hazırlığına yekun vurub.
İdman.biz xəbər verir ki, yığmamız təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama matçında qüvvəsini sınayıb.
Qətər U-18 yığması ilə görüşdə komandamız qələbə qazanıb. Oyun 59:55 hesabı ilə yekunlaşıb. Millimiz ilk yoxlama matçında küveytli həmkarlarına məğlub olublar (46:58).
Qeyd edək ki, Azərbaycan C divizionunda ilk oyununu iyulun 24-də Moldovaya qarşı keçirəcək.
İdman.biz