Avstraliya Qubada qalib olub

Xəbərlər
21 İyul 2024 20:32
671
Avstraliya Qubada qalib olub

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Quba mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, finalda Avstraliya və Niderland üz-üzə gəlib.

Qarşılaşma Avstraliya basketbolçularının 21:15 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi “Baku Flames” qrupda keçirdiyi hər 3 oyunda uduzub.

İdman.biz