Serbiyalı basketbolçu “Neftçi”yə keçdi

10 Sentyabr 2026 12:26
70
Serbiyalı basketbolçu “Neftçi”yə keçdi

“Neftçi” basketbol komandası heyətini legioner oyunçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi serbiyalı basketbolçu Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb.

28 yaşlı hücumçunun son klubu Serbiya Liqasında çıxış edən “Herçeqovaç Qaydobra” olub.

206 sm boya malik basketbolçu karyerası ərzində “Partizan”, “FMP Belqrad” kimi köklü klubların, həmçinin VTB Birləşmiş Liqasında mübarizə aparan “Yenisey”in formasını geyinib.

İdman.Biz