Sabiq basketbolçu Zaur Paşayev “Naxçıvan” klubunun məşqçilər korpusunda yer alıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümün ardından karyerasını başa vuran Z.Paşayev Naxçıvan təmsilçisində məşqçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, 43 yaşlı sabiq basketbolçu Azərbaycan millisinin heyətində İslam Həmrəyliyi Oyunlarının üçqat, klub səviyyəsində isə Gürcüstan çempionatının, kubokunun və Superkubokunun qalibi olub.
