"Gəncə" basketbol klubu gürcüstanlı mütəxəssislə müqavilə bağlayıb

9 Sentyabr 2026 18:46
90
"Gəncə" basketbol klubu gürcüstanlı mütəxəssislə müqavilə bağlayıb

“Gəncə”nin məşqçilər korpusu formalaşmaqda davam edir.

İdman.Biz xəbər verir ki, baş məşqçi Martin Knejeviçin köməkçilərindən biri müəyyənləşib. Bu, Davit Korcadzedir.

Gürcüstanlı mütəxəssislə qarşıdakı mövsümün sonunadək müqavilə bağlanıb. Korcadze böyük assistent funksiyasını yerinə yetirəcək.

33 yaşlı çalışdırıcı ilk dəfə vətənindən kənarda işləyəcək. O, buna kimi ölkəsində "Batumi" və "Burji" klublarında fəaliyyət göstərib.

İdman.Biz