Ərdoğan yenə basketbol meydanında - komandası qalib gəldi - VİDEO

11 Sentyabr 2026 13:15
63
Ərdoğan yenə basketbol meydanında - komandası qalib gəldi - VİDEO

Basketbol həvəskarı olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən meydana çıxıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın görüntülərini Türkiyə Böyük Millət Məclisinin Sənaye Komissiyasının sədri Mustafa Varank sosial şəbəkə hesabında paylaşıb.

Oyunda Ərdoğanla yanaşı, Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.

Varank qarşılaşmadan sonra Ərdoğanın komandasının qalib gəldiyini açıqlayıb:

“Bəli, yenə qalib gəldi”.

O, paylaşdığı videoda zarafatla öz çıxışına da toxunub:

“Bütün oyun ərzində cəmi iki xal toplayanda mənə dedilər ki, sən get video çək. Mən də video çəkməyə başladım”.

Qeyd edək ki, Ərdoğan əvvəllər də nazirlər, millət vəkilləri, dövlət rəsmiləri və veteran basketbolçularla birlikdə basketbol matçlarında iştirak edib.

İdman.Biz