“Gəncə” basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Mütəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Rizvan Səfərov 2024-cü ildən “Gəncə”də işləyir.
