“Gəncə” basketbol klubunun yeni baş məşqçisi məlum olub

27 Oktyabr 2026 11:44
105
“Gəncə” basketbol klubunun yeni baş məşqçisi məlum olub

“Gəncə” basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə “Gəncə” basketbol komandası məlumat yayıb.

Gəncə təmsilçisinə türkiyəli mütəxəssis Murad Dikmen rəhbərlik edəcək.

Təcrübəli məşqçi Azərbaycan basketboluna tanış simadır. O, “Xəzri” (indiki “Naxçıvan”) klubu ilə Azərbaycan Basketbol Liqasının və ölkı kubokunun gümüş medallarını qazanıb.

İdman.Biz