“Məncə, turnirin ən güclü komandasına qarşı oynadıq”.
İdman.biz xəbər verir ki, bunu 16 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Evren Alkaya deyib.
Türkiyəli mütəxəssis bu gün Avropa çempionatının C divizionunda Kipr üzərində qazanılan 68:45 hesablı qələbəni şərh edib. O, millimizin turniri qələbə ilə başa vurmaq gücündə olduqlarını bildirib: “Rəqib çox qaçıb, hər bölgədə təzyiq edirdi. Turnirə çox yaxşı hazırlaşmışdıq. Bütün rəqiblərə uyğun strategiya hazırlamışıq. Bugünki rəqibimiz top atmaqda çətinlik çəkirdi və buna uyğun taktika qurduq. Yekunda fərqli qazana bildik. Uşarlara təşəkkür edirəm, onlar sonadək mübarizə apardılar. Yarımfinalda rəqibimiz böyük ehtimalla Albaniya olacaq. Biz buraya uğur əldə etməyə gəlmişik. Bunun üçün kifayət qədər gücümüz var. Qismət olsa Bakıya kubokla dönəcəyik”.
Qeyd edək ki, Azərbaycan U-16 yığması qrup mərhələsində keçirdiyi hər 3 oyunu qələbə ilə başa vuraraq, lider kimi yarımfinala yüksəlib.
İdman.biz