Millimizin qarşısına çıxan tapılmır

Xəbərlər
11 İyul 2024 14:12
359
Millimizin qarşısına çıxan tapılmır

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Cəbəllütariqdə təşkil olunan yarışın qrup mərhələsinin III turunda Kiprlə qarşılaşıb.

Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri A qrupunun liderlərinin görüşündə də qalib gəlib. Bunadək Ermənistan və Gürcüstanı darmadağın edən Azərbaycan yığması ada təmsilçisinə də heç bir şans verməyib.

Millimiz ardıcıl 3-cü qələbə ilə qrupda 1-ci yeri tutub. Ötən il çempion tituluna yiyələnən komandamız C divizionunda keçirdiyi ümumilikdə 8-ci matçında da qalib gəlib.

Qeyd edək ki, yarımfinal mərhələsinin matçları iyulun 13-də baş tutacaq.

U-16-lar (qızlar) arasında Avropa çempionatı
C divizionu, A qrupu
III tur, 11 iyul
12:30. Azərbaycan – Kipr - 68:45 (19:8, 21:14, 18:13, 10:10)

Cəbəllütariq. “Tersentenari” İdman Zalı

1

Azərbaycan

3

3

0

251-144

6

2

Kipr

3

2

1

166-161

5

3

Ermənistan

2

0

2

105-159

2

4

Gürcüstan

2

0

2

87-145

2

İdman.biz

Məqalədə: