Kostas Vasiliadis “Neftçi”nin üçüncü hissədəki uğursuzluğunun səbəbini açıqladı – İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

14 Oktyabr 2026 21:42
115
Kostas Vasiliadis “Neftçi”nin üçüncü hissədəki uğursuzluğunun səbəbini açıqladı – İDMAN.BİZ-ə AÇIQLAMASI

“Neftçi” basketbol klubunun baş məşqçisi Kostas Vasiliadis FIBA Avropa Kubokunun qrup mərhələsinin ikinci turunda Latviyanın VEF (Riqa) komandasına 94:110 hesablı məğlubiyyəti şərh edib.

Mütəxəssis oyundan sonrakı mətbuat konfransında İdman.Biz-in əməkdaşının komandanın artıq neçənci dəfədir üçüncü hissədə üstünlüyü əldən verməsinin səbəbləri ilə bağlı sualını cavablandırıb.

“İki basketbolçumuz oynaya bilmədi. Elayza beş gün, Rob isə bir ay ərzində hazır deyildi. Oyunçularımıza istirahət və bərpa üçün lazımi vaxt ayıra bilmirik. Onların, demək olar ki, dincəlmək imkanı yoxdur. Ümid edirik ki, yaxın günlərdə Rob yenidən sıraya qayıdacaq”, – deyə Vasiliadis bildirib.

Qeyd edək ki, “Neftçi” qarşılaşmanın ilk yarısını 56:50 hesabı ilə öndə başa vursa da, üçüncü hissədə rəqibinə 16:30 hesabı ilə uduzub və bundan sonra oyunun gedişini dəyişə bilməyib.

Bu məğlubiyyət Bakı təmsilçisi üçün FIBA Avropa Kubokunun qrup mərhələsində ardıcıl ikinci uğursuzluq olub.

İdman.Biz