Millimiz erməniləri darmadağın edib - FOTO

Xəbərlər
9 İyul 2024 16:55
1 187
Millimiz erməniləri darmadağın edib - FOTO

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayıb.

İdman.biz xəbər verir ki, C divizionunda mübarizə aparan yığmamız A qrupunda I turun matçına çıxıb.

Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri Ermənistanla qarşılaşıb. İlk dəqiqələrdən üstünlüyü ələ alan millimiz rəqibini darmadağın edib.

Çempionata qələbə ilə başlayan yığmamız ikinci oyununa sabah çıxacaq. Komandamız Gürcüstanı sınağa çəkəcək.

Qeyd edək ki, ilk turun bu gün keçiriləcək digər qarşılaşmasında Gürcüstanla Kipr qarşılaşacaq.

U-16-lar (qızlar) arasında Avropa çempionatı

C divizionu, A qrupu
I tur, 9 iyul
15:00. Ermənistan – Azərbaycan - 59:86 (13:20, 14:19, 19:21, 13:26)

Cəbəllütariq. “Tersentenari” İdman Zalı

İdman.biz

Məqalədə: