Finalda uduzan xorvatiyalı basketbolçular gecə klubunda dava salıblar - VİDEO

Xəbərlər
9 İyul 2024 01:07
349
Finalda uduzan xorvatiyalı basketbolçular gecə klubunda dava salıblar - VİDEO

Xorvatiyalı basketbolçular İvitsa Zubats ("Los-Anceles Klippers") və Dariş Şariç ("Denver Naggets") gecə klubunda dava salıblar.

İdman.biz xəbər verir ki, hadisə Yunanıstanın paytaxtı Afina yaxınlığındakı barlardan birində baş verib.

NBA-da çıxış edən oyunçular məkandakı qonaqlar və təhlükəsizlik əməkdaşları ilə əlbəyaxa olublar. "Bolivar" çimərliyinin barında yaşanan hadisə ətrafdakılar tərəfindən lentə alınıb.

Qeyd edək ki, hadisə Basketbol Olimpiya Təsnifat Turnirinin final matçından bir neçə saat sonra yaşanıb. Həlledici matçda Xorvatiya Yunanıstana 69:80 heasbı ilə uduzaraq, Olimpiadadan kənarda qalıb.

İdman.biz