Azərbaycan yığmalarının rəqibləri - SİYAHI

Xəbərlər
10 İyun 2024 09:39
415
Azərbaycan yığmalarının rəqibləri - SİYAHI

Basketbolun 3x3 növü üzrə Avropa kubokunun final mərhələsində mübarizə aparacaq Azərbaycan milliləri turnirə vəsiqə qazanan 8-ci komanda olublar.

İdman.biz xəbər verir ki, avqustun 22-25-də Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq yarışda 12 kişi və 12 qadın yığması mübarizə aparacaq.

9-cu Avropa kubokunda kişilərin yarışına Avstriya meydan sahibi, Serbiya son çempion kimi vəsiqə qazanıb. Litva, Niderland, Fransa reytinqə görə bu hüququ qazanıb. İspaniya, Xorvatiya və Azərbaycan isə təsnifat turnirlərində uğura imza atıb.

Qadınların mübarizəsində Avstriya meydan sahibi, Niderland son qalib, Fransa, Almaniya, Macarıstan reytinqin ən yaxşıları kimi turnirə qatılacaq. İspaniya, İtaliya və Azərbaycan bu hüququ təsnifat mərhələlərində qazanıb.

Qeyd edək ki, həm kişilərin, həm qadınların yarışında son 4 vəsiqə iyunun 15-16-da sahiblərini tapacaq.

İdman.biz

Məqalədə: