Rimas Kurtinaytis: “Final seriyasında hər şey ola bilər”

Xəbərlər
23 May 2024 00:34
89
Rimas Kurtinaytis: “Final seriyasında hər şey ola bilər”

“Oyun gərgin alınsa da, 40 dəqiqə oynamağa hazır idik”.

İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının final seriyasında “Xəzri” ilə 3-cü oyunu şərh edib: “Fiziki cəhətdən yaxşı hazırlaşmışdıq. Son periodda dəqiq atışlarımız az olsa da, oyunçular hərəkətli idi. Rəqib isə hiss olunur ki, yorulmuşdu. Bizim üçün vacib qələbə idi. Final seriyasında hər şey ola bilər. Hər oyuna sonuncu kimi hazırlaşırıq".

Qeyd edək ki, ilk oyunda uduzan “Sabah” ardıcıl 2 matçda qələbə qazanaraq, seriyada 2:1 önə keçib.

İdman.biz