Əkbər Məmmədov: “Onlar bizi məğlub etmədi, özümüz uduzduq”

Müsahibə
14 May 2024 18:50
117
Əkbər Məmmədov: “Onlar bizi məğlub etmədi, özümüz uduzduq”

"Hər oyuna yalnız qələbə üçün çıxırıq”.

İdman.biz xəbər verir ki, bunu NTD-İNDİQO-nun basketbolçusu Əkbər Məmmədov deyib.

O, Azərbaycan Basketbol Liqasında “Xırdalan”a qarşı bürünc medal uğrunda görüşdən gözləntilərini açıqlayıb. Məmmədov məqsədlərinin yalnız qələbə olduğunu bildirib: “Yarımfinalda "Xəzri"yə öz səhvlərimiz ucbatından uduzduq. Həm də şans tərəfimizdə deyildi. İlk oyunda "Xəzri" bizi məğlub etmədi, özümüz uduzduq. İkinci görüşdə hər şey yaxşı gedirdi. İrəlidə idik, amma dördüncü hissədə qələbəni rəqibə verdik. Düşünürəm ki, daha çoxuna layiq idik. Amma "Xırdalan"la oyunlarda yalnız qələbə üçün oynayacağıq".

Qeyd edək ki, NTD-İNDİQO və “Xırdalan” arasında ilk görüş sabah saat 19:30-da “Sərhədçi” İdman Kompleksində start götürəcək.

İdman.biz