“Sabah” müntəzəm çempionatın qalibi olacaq: Möcüzə də inandırıcı deyil

Xəbərlər
13 Aprel 2024 16:36
134
“Sabah” müntəzəm çempionatın qalibi olacaq: Möcüzə də inandırıcı deyil

Azərbaycan Basketbol Liqasında müntəzəm çempionatın qalibi son turda bəlli olacaq.

İdman.biz xəbər verir ki, son oyun həftəsində “Sabah” “Xəzri” ilə, NTD-İNDİQO çempionatın aşkar autsayderi “Şəki” ilə görüşəcək.

İlk üç komanda mövsümü zirvədə bitirmək üçün nəzəri şanslara malikdir. Lakin digər iki komandanı 1 xal qabaqlayan “Sabah”ın mərhələni 1-ci yerdə başa vuracağını indidən də söyləmək olar.

Son çempion XVIII turda hazırda 31 xala malikdir. “Sabah” iki ən yaxın izləyicisinin hərəsini 1 xal qabaqlayır.

Bakılılar son görüşdə uduzsa və NTD-İNDİQO qalib gəlsə, hər üç komandanın xallarının sayı 32-yə çatacaq. NTD-İNDİQO-nu iki dəfə (81:70, 83:79), “Xəzri”ni (84:80) ilk matçda məğlub edən “Sabah” son turda məğlub olsa da, üç komanda arasındakı şəxsi görüşlərdə 7 xalla hamını qabaqlayacaq. Digər cütlük isə öz aralarında qələbələri bölüşüblər. NTD-İNDİQO 86:71, “Xəzri” 89:85 hesabı ilə qalib gəlib. Yəni üç komandanın xalı bərabər olsa, şəxsi görüşlərdə “Sabah” 7, “Xəzri” 6, NTD-İNDİQO 5 xal yığmış olacaq.

Bir sözlə, “Sabah”ı indidən çempion elan etmək mümkündür. Yalnız bir halda, bu, mümkün olmayacaq. Bunun üçün üç deyil, iki komandanın - “Xəzri” və “Sabah”ln xalları eyni olmalıdır. Yəni “Xəzri” də qalib gəlməli, NTD-İNDİQO autsayderə uduzmalıdır. Üstəlik, “Xəzri” ən azı 5 top fərqi ilə qələbə qazanmalıdır. 4 top fərq olacağı halda, ümumi top fərqi də “Sabah”ın xeyrinə olacaq.

Lakin keçirdiyi 16 oyunun hamısında uduzan “Şəki”nin möcüzəyə imza atması real deyil. Bu üzdən də “Sabah”ı mərhələdəki çempionluqdan kiminsə məhrum edəcəyi inandırıcı sayılmır.

Qeyd edək ki, 18 turdan ibarət olan müntəzəm çempionatda ilk 2 yeri tutan komandalar yarımfinala, 3-6-cı pillələrin sahibləri pley-offda mübarizəni davam etdirəcəklər.

İdman.biz

Məqalədə: