DÇ: Almaniya - Serbiya finalı

Xəbərlər
8 Sentyabr 2023 19:39
73
DÇ: Almaniya - Serbiya finalı

Basketbol üzrə dünya çempionatında yarımfinal oyunları keçirilib.

İdman.biz saytı xəbər verir ki, Serbiya və Almaniya yığmaları həlledici matçda qarşılaşacaqlar.
Serbiya basketbolçuları Kanada ilə görüşdə üstün oynayıblar. Bütün matç ərzində daha yaxşı çıxış edən serblər 95:86 hesabı ilə qalib gəliblər.

ABŞ – Almaniya görüşü gərgin mübarizə şəraitində keçib. İkinci hissədə daha yaxşı oynayan almaniyalılar 2 xal fərqi ilə qələbə qazanıblar. Almaniya yığması tarixində ilk dəfə dünya çempionatının finalına yüksəlib.
Final matçı bazar günü keçiriləcək.

Basketbol, dünya çempionatı
½ final
8 sentyabr

Serbiya – Kanada – 95:86
ABŞ – Almaniya – 111:113

İdman.biz