Murat Dikmen: “Əsas hədəfim çempionluq yaşayıb, avrokuboklara yollanmaqdır”

Xəbərlər
27 Fevral 2024 20:36
292
Murat Dikmen: “Əsas hədəfim çempionluq yaşayıb, avrokuboklara yollanmaqdır”

“Bu mövsüm həm liqada, həm də kubokda iddialıyıq”.

İdman.biz xəbər verir ki, bunu “Xəzri” basketbol klubunun baş məqşçisi Murat Dikmen deyib.

Türkiyəli mütəxəssis komandanın hədəflərindən danışıb. Dikmen “Sumqayıt”la meydana çıxan bütün basketbolçuların xal qazanmasını xüsusi qeyd edib: “Ümumilikdə hər işlədiyim klubda bu belə olub. Hamımız birlikdə ən yaxşı olmaq məcburiyyətindəyik. Millinin düşərgəsində yer alanlar və zədəlilərimiz hazırlıqlarımızda iştirak edə bilmədilər. Kubokda 3 yerli, 2 legioner oynayır. Liqadakı kimi deyil. Buna görə də, gənc basketbolçulara, yerlilərə daha çox vaxt vermək lazımdır. Yerlilərin kubokda məsuliyyəti daha çox öz üzərinə götürməsi lazımdır. Buna görə də çox şadam. Hər bir basketbolçumuz oynadı və xallar topladı. Komanda kimi oynayanda hər şey yaxşı olur. Mövsümün əvvəlindən də bəlli sistemlə oynayırıq. Basketbolçularımız da bu sistemə öyrəşdiyi üçün bizə görə asan qələbə oldu. Oyunboyu diqtə edən tərəf biz olduq. Yaxşı qələbə oldu. Ölkə kubokunu qazanaraq avrokuboklara getmək daha asandır. Klubun və mənim əsas hədəfim çempionluq yaşayıb, bu uğura nail olmaqdır. İnanıram ki, biz də avrokuboklara yollanacağıq”.

Qeyd edək ki, “Xəzri” kubokun ilk oyununda “Sumqayıt”ı 105:81 hesabı ilə məğlub edib.

İdman.biz

Məqalədə: