Maqsud Adıgözəlov: “Biz ancaq titulların dalınca gedirik”

30 Sentyabr 2026 14:21
90
Maqsud Adıgözəlov: “Biz ancaq titulların dalınca gedirik”

“Biz ancaq titulların dalınca gedirik. 2018-ci ildə Premyer Liqada debüt edəndə də titul dalınca gəlmişdik. Sadəcə bu il gözləntilər daha çoxdur”.

Bu sözləri “Sabah” basketbol klubunun prezidenti Maqsud Adıgözəlov yeni mövsümdəki hədəfləri və gözləntiləri barədə açıqlama verərkən deyib.

Klub rəhbəri komandanın iddialı olduğunu vurğulayıb və sıx təqvimdə mübarizə aparmağın vacibliyinə toxunub:

“İki-üç cəbhədə mübarizə aparmaq çətin olacaq. Tək biz bunu etmirik. Ümumiyyətlə bütün dünyada digər peşəkar komandalar da 2-3 cəbhədə oynamağa öyrəşməlidir”, - deyə o azb.az-a açıqlamasında söyləyib.

İdman.Biz