Tahir Baxşıyev basketbolçuları günahlandırıb

Xəbərlər
11 Fevral 2024 20:13
197
Tahir Baxşıyev basketbolçuları günahlandırıb

“Oyunçular verdiyimiz tapşırıqları yerinə yetirə bilmədilər”.

İdman.biz xəbər verir ki, bunu NTD-İNDİQO-nin baş məşqçisi Tahir Baxşıyev deyib.

Gənc mütəxəssis Azərbaycan basketbol Liqasının XIV turunda “Xırdalan”a məğlubiyyəti şərh edib. Başıyev oyunu təhlil edib, nəticə çıxaracaqlarını bildirib: “Məğlubiyyətin əsas səbəbi budur. Qarşılaşmaya yenidən baxıb təhlil edəcəyik. Mən hansısa basketbolçunun oyununu qiymətləndirmək istəmirəm. Yenə də, bu oyunu təhlil edib lazımi nəticə çıxarmalıyıq”.

Qeyd edək ki, NTD-İNDİQO öz meydanında 80:84 hesabı ilə uduzub.

İdman.biz