Azərbaycan Basketbol Liqasında çıxış edən “Sabah” və “Ordu” komandaları hazırlıq çərçivəsində yoxlama oyununda qarşılaşıblar.
İdman.Biz xəbər verir ki, son ölkə çempionu bu görüşdə qələbə qazanıb.
“Sabah” “Ordu”nu 96:79 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Sabah” yeni mövsümün ilk oyununda ötən çempionatın gümüş mükafatçısı “LANDAU Lions”la qarşılaşacaq. Sentyabrın 30-da Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:30-da başlayacaq.
