"Sabah" basketbol komandası "London Lions"la qarşılaşacaq

31 Avqust 2026 22:36
116
"Sabah" basketbol komandası "London Lions"la qarşılaşacaq

"Sabah" basketbol komandası növbəti yoxlama oyununu Böyük Britaniya təmsilçisi "London Lions"a qarşı keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan çempionu məlumat yayıb.

Qarşılaşma sentyabrın 3-də baş tutacaq. Görüş Litvanın Kaunas şəhərində, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

"Sabah" ilk yoxlama oyununda Litvanın "Juventus Utena" komandasına uduzub - 84:89. Paytaxt klubu ikinci görüşdə bu ölkənin "Şyaulyay" kollektivinə qalib gəlib - 92:80.

Xatırladaq ki, Azərbaycan təmsilçisi yeni mövsümdə FIBA Çempionlar Liqasında çıxış edəcək.

İdman.Biz