Fransa NBA-də basketbolçu sayına görə Kanadanı geridə qoydu: yeni mövsümün statistikası açıqlandı

20 Oktyabr 2026 22:09
95
Fransa NBA-də basketbolçu sayına görə Kanadanı geridə qoydu: yeni mövsümün statistikası açıqlandı

Milli Basketbol Assosiasiyası (NBA) 2026/2027 mövsümünün startı ərəfəsində əcnəbi basketbolçularla bağlı statistik məlumatları açıqlayıb.

İdman.Biz NBA-nın rəsmi saytına istinadən xəbər verir ki, liqanın 30 klubunun heyətində altı qitənin 43 ölkə və ərazisindən 125 əcnəbi basketbolçu yer alır. Onlardan 70-i Avropanı təmsil edir.

NBA klublarının əsas heyətlərində ümumilikdə 450-yə qədər oyunçu üçün yer nəzərdə tutulub - hər komandada 15 nəfər. Beləliklə, 125 əcnəbi basketbolçu bu yerlərin təxminən 27,8 faizinə bərabərdir. Bundan əlavə, hər klub üçədək ikitərəfli müqavilə bağlaya bilər. Bu halda bütün heyətlər üzrə mümkün maksimum oyunçu sayı 540-a çatır.

Diqqətçəkən məqam odur ki, son 13 mövsümdə ilk dəfə Kanada əcnəbi oyunçuların sayına görə liderliyini Fransaya uduzub. Yeni mövsümdə NBA-da 17 fransalı və 16 kanadalı basketbolçu çıxış edəcək.

Bununla yanaşı, liqanın bütün 30 klubunun heyətində ən azı bir əcnəbi oyunçu var.

Xatırladaq ki, NBA-nın müntəzəm çempionatında Şərq və Qərb konfranslarına bölünmüş 30 komanda iştirak edir. Hər klub 82 oyun keçirəcək. Bundan sonra pley-in və pley-off mərhələlərinin iştirakçıları müəyyənləşəcək.

Pley-offun bütün seriyaları, o cümlədən final qarşılaşması tərəflərdən birinin dörd qələbəsinədək davam edir.

İdman.Biz