Lazar Spasiç: “İkinci hissədə yaxşı oynamadıq”

20 Oktyabr 2026 00:43
118
Lazar Spasiç: “İkinci hissədə yaxşı oynamadıq”

“Sabah” basketbol klubunun baş məşqçisi Lazar Spasiç komandasının Azərbaycan çempionatında NTD üzərində 100:75 hesablı qələbə qazandığı oyunla bağlı təəssüratlarını bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis görüşün nəticəsindən razı qalsa da, yetirmələrinin böyük fasilədən sonrakı oyununda çatışmazlıqların olduğunu qeyd edib.

“Növbəti qələbəmizi qazandıq. Bu gün üçün vəzifəmizi yerinə yetirdik, lakin matçın ikinci hissəsində heç də ən yaxşı oyunumuzu göstərmədik. Artıq sabah “Naxçıvan”la qarşıdakı görüşə hazırlaşmağa başlayacağıq. İnanıram ki, həmin matçda daha yaxşı çıxış edəcəyik”, – deyə Spasiç bildirib.

İdman.Biz