“Gəncə” Avropa Kubokunda növbəti sınaq qarşısında

19 Oktyabr 2026 19:56
103
“Gəncə” Avropa Kubokunda növbəti sınaq qarşısında

“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu Bolqarıstanda keçirəcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi oktyabrın 21-də Samokov şəhərində yerli “Rilski Sportist” komandası ilə qarşılaşacaq. “Samokov Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, “Gəncə” turnirdə keçirdiyi ilk iki oyunda Türkiyənin “Esenler Erokspor” klubuna 63:92, Yunanıstanın “Kolossos” komandasına isə 62:80 hesabı ilə məğlub olub.

İdman.Biz