Bu gün Azərbaycan Basketbol Liqasının üçüncü turunun daha bir oyunu baş tutacaq.
İdman.Biz xəbər verir ki, turun növbəti qarşılaşmasında “Sabah” və NTD komandaları üz-üzə gələcəklər.
Milli Gimnastika Arenasında təşkil olunacaq görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmasında “Naxçıvan” “Gəncə”ni 72:70 hesabı ilə məğlub edib. “LANDAU Lions” - “Ordu” görüşü isə qeyri-müəyyən müddətə təxirə salınıb.
