“Naxçıvan” basketbol komandasının baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının üçüncü turunda “Gəncə” üzərində 72:70 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında oyuna uğursuz başladıqlarını, lakin sonda istədikləri nəticəni qazandıqlarını bildirib.
“Oyuna uğursuz start verdik. Qarşılaşmanın ilk dəqiqələri bizim üçün yaxşı keçmədi. Futbolçularıma deyil, oyunçularıma təşəkkür edirəm və komandamı qələbə münasibətilə təbrik edirəm. Yaxşı nəticə qazandıq. Oyunun sonluğu istədiyimiz kimi oldu”, - deyə Kondruseviç söyləyib.
Baş məşqçi növbəti rəqibləri “Sabah”la görüşün də çətin keçəcəyini vurğulayıb:
“Bu matçda olduğu kimi, “Sabah”la qarşılaşma da bizim üçün çətin olacaq. Növbəti görüşdə əlimizdən gələnin ən yaxşısını edəcəyik. Layiqli mübarizə aparıb sürpriz etməyə çalışacağıq”.
Qeyd edək ki, “Naxçıvan” Azərbaycan Basketbol Liqasının üçüncü turunda “Gəncə”ni iki xal fərqi ilə məğlub edib.
