FIBA Avropa Kubokunun müntəzəm mövsümündə “Rilski Sportist” və “Gəncə” basketbol klubları arasında keçirilməli olan qarşılaşma səfərlə bağlı yaranan çətinliklər səbəbindən nəzərdə tutulan vaxtda baş tutmayacaq.
İdman.Biz xəbər verir ki, C qrupunun oyununun oktyabrın 21-də, çərşənbə günü Bolqarıstanın Samokov şəhərində keçirilməsi planlaşdırılırdı.
Qarşılaşmanın yeni tarixi ilə bağlı hələlik məlumat verilməyib.
