Baş məşqçinin qeyri-adi üsulu üzə çıxdı: Basketbolçularını atəş və partlayış səsləri ilə hazırlayıb

20 Oktyabr 2026 13:28
117
Baş məşqçinin qeyri-adi üsulu üzə çıxdı: Basketbolçularını atəş və partlayış səsləri ilə hazırlayıb

ABŞ-nin qadınlardan ibarət “Qolden Steyt Valkiriz” basketbol komandasının baş məşqçisi Natali Nakase WNBA finalına hazırlıq zamanı oyunçularına pulemyot atəşi və bomba partlayışlarını xatırladan səslər dinlədib.

İdman.Biz "ESPN"a istinadla xəbər verir ki, adətən Adel, Rihanna və Teylor Sviftin mahnılarını səsləndirən Nakase bu dəfə dinamiklərdən atəş və partlayış səsləri yayımlayıb.

Komandanın mərkəz oyunçusu Kiah Stoks bu addımın onu təəccübləndirdiyini bildirib. Onun sözlərinə görə, qeyri-adi səslər basketbolçuları daha ucadan danışmağa və meydanda bir-biri ilə daha yaxşı ünsiyyət qurmağa vadar edib.

Nakase bu ideyanı NBA-nın “Boston Seltiks” komandasının baş məşqçisi Co Mazulladan götürüb. Mazulla da məşqlər zamanı oxşar üsuldan istifadə edib. Nakase bu yanaşmanı oyunçuların səs-küylü və rəqib azarkeşlərin təzyiq göstərdiyi arenalarda oynamağa alışması üçün faydalı hesab edib.

Qeyd edək ki, “Qolden Steyt Valkiriz” ABŞ-nin Qadınlar Milli Basketbol Assosiasiyasında (WNBA) mübarizə aparır. Komanda final seriyasının ilk oyununda “Atlanta Drim”ə 68:64 hesabı ilə qalib gələrək 1:0 önə keçib.

İdman.Biz
Məqalədə: