“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi H qrupunun üçüncü turunda İsveçrədə “Fribur Olimpik”in qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” əvvəlki oyunlarda Yunanıstanın “Mikonos” komandasına 58:78, Latviyanın VEF kollektivinə isə 94:110 hesabı ilə məğlub olub.
