3x3 basketbol yığmamızın Olimpiadaya gedən yolu

Xəbərlər
23 Yanvar 2024 00:34
149
3x3 basketbol yığmamızın Olimpiadaya gedən yolu

Qadınlar basketbolçulardan ibarət 3x3 yığmamızın Paris-2024 Olimpiya Oyunlarına təsnifat mərhələsindəki rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, komandamız ilk olaraq FİBA Universal Təsnifat yarışında mübarizə aparacaq.

Aprelin 12-14-də baş tutacaq turnirdə Azərbaycan yığması B qrupunda Niderland, Monqolustan və Çili komandaları ilə qarşılaşacaq. Honkonqda keçiriləcək qrup oyunlarında ilk iki pilləni tutacaq komandalar yarımfinala vəsiqə qazanacaqlar. Təsnifat mərhələsinin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

İlk sınaqda lisenziya vəzifəsini yerinə yetirə bilməsə, millimiz Olimpiya Təsnifat Turnirində iştirak edəcək. Mayın 16-19-da Macarıstanın Debretsen şəhərində baş tutacaq yarışda yığmamız A qrupunda Almaniya, Polşa və Tunis komandaları ilə üz-üzə gələcək. Reqlamentə görə, 16 komanda dörd qrupda mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutan yığmalar pley-offa vəsiqə əldə edəcəklər. Yekunda Təsnifat Mərhələsində ilk 3 yeri tutan millilər Olimpiadaya lisenziyaya sahib çıxacaqlar.

Qeyd edək ki, millimiz FİBA Universal Təsnifat mərhələsində qalib olacağı təqdirdə, Macarıstandakı turnirdə iştrak etməyəcək.

İdman.biz