“Şəki”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasında pley-in mərhələsində “Quba” ilə keçirilən və 120:77 hesabı ilə qalib olduqları oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis bunları deyib.
“Rəqibimizi pley-ində göstərdiyi mübarizəyə görə təbrik edirik. Biz ilboyu bu zaman üçün hazırlanmışdıq. Mövsümün əvvəlindən hədəfimiz pley-off idi. Çempionata başlayarkən 45 gün başqa şəhərdə məşqlərimizi keçdik, mövsüm ərzində çox problemlərlə üzləşdik, bəxtsiz şəkildə oyunlar uduzduq. A qrupunda çox sərt komandalarla oynadıq. Bəlkə onlara uduzduq, ancaq heç vaxt məqsəd və xarakterimizdən vaz keçmədik.
Bu gün də bu xarakterlə mübarizə aparan bütün oyunçularımla qürur duyuram. “Şəki” növbəti mövsümdəki yeni formatda da Yüksək Liqada mübarizə aparacaq. Ən böyük xoşbəxtlyim ona görədir ki, ötən mövsümkü uğurumuz müvəqqəti olmadı, istiqrar göstərib “Şəki”ni yuxarıda saxladıq. Bunun üçün dəstək olan bütün heyətimizə xüsusi təşəkkür etmək istəyirəm”, - deyə o, bildirib.
