NBA-da çıxış edən “Dallas Maveriks”in oyunçusu Ryan Nembhard “Minnesota Timbervolves” ilə qarşılaşmada qeyri-adi hərəkəti ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, oyun zamanı ayaqqabısı çıxan basketbolçu onu əlinə alaraq rəqibin atışına mane olmağa çalışıb. Nəticədə hakimlər bu epizodu qayda pozuntusu kimi qiymətləndirərək ona texniki foul veriblər.
Maraqlıdır ki, daha əvvəl Aleks Karuso da oxşar hərəkətə görə cəzalandırılmışdı, lakin görünür, Nembhard bundan nəticə çıxarmayıb.
Qarşılaşma “Dallas Maveriks”in üçün uğursuz alınıb - komanda 94:124 hesabı ilə məğlub olub.
