Azərbaycanın qadın basketbol millisi Bolqarıstana darmadağınla məğlub olub - YENİLƏNİB

11 Mart 2026 23:26
297
Azərbaycanın qadın basketbol millisi Bolqarıstana darmadağınla məğlub olub

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

İdman.Biz xəbər verir ki, yığma səfərdə Bolqarıstan komandası ilə qarşılaşıb.

Matç 120:40 hesabı ilə Bolqarıstan millisinin qələbəsi ilə başa çatıb.

09:56

Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, yığma səfərdə Bolqarıstan komandası ilə qarşılaşacaq.

Görüş Plovdiv şəhərindəki “Kolodrum Arena”da, saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana (48:141), Monteneqroya (62:104) və Ukraynaya (34:98) uduzub. Yığma E qrupunda 3 xalla sonuncu - dördüncü sırada qərarlaşıb.

İdman.Biz