ABŞ-li basketbolçu: “Sumqayıtı və Bakını çox sevirəm”

Xəbərlər
1 Dekabr 2025 12:40
66
ABŞ-li basketbolçu: “Sumqayıtı və Bakını çox sevirəm”

"Sumqayıtı və Bakını çox sevirəm. Hər səhər yuxudan oyanarkən pəncərəmdən dənizi seyr etmək çox gözəldir".

İdman.Biz xəbər verir ki, bunu “Sumqayıt”ın ABŞ-li basketbolçusu Si Cey Cons klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, əvvəlcə ölkəmizdə ona yaradılan şərait haqda danışıb:

“Buradan heç nədən şikayət edə bilmərəm. İnsanları, yeməkləri və bütünlüklə Azərbaycanı çox sevirəm”.

ABŞ-li basketboçu kollektiv daxilində ab-havadan və cari mövsüm çıxışları haqda da fikirlərini bölüşüb: “Komandada hər şey qaydasındadır. Bir-birimizi çox yaxşı başa düşürük. Həm meydanda, həm də ondan kənarda çox yaxşı vaxt keçiririk. Pis nətiələrin əsas səbəbi komandamızın tam formalaşmaması və bəzi oyunçuların yoxluğu idi. Hər kəs məşqçinin işini bəyənir və onun dediklərinə əməl edir. Növbəti oyunları ardıcıl şəkildə qazanmaq niyyətindəyik”.

O, hədəflərdən də söz açıb: “Pley-offa vəsiqə qazanmaq üçün çox yaxşı şansımız var. Uzun müddətli plana baxsaq, bunu gerçəkləşdirəcəyimizi düşünürəm”.

İdman.Biz